Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7465 manat/1EUR səviyyəsində (avqustun 1-nə 1,7380 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0274 manat/1RUB səviyyəsində (avqustun 1-nə 0,0273 manat/1RUB) müəyyən edib.
Avqustun 2-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0950 manat/1TRY səviyyəsində (avqustun 1-nə 0,0948 manat/1TRY) müəyyən edilib.*