Azərbaycan, Özbəkistan və Türkiyə yüksək əlavə dəyərli məhsulların xarici bazarlara çatdırılması üçün tranzit funksiyalarından əlavə, mövcud nəqliyyat marşrutları boyu istehsal və logistika məntəqələri yaratmalıdırlar. Bu barədə Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladimir Norov bəyan edib.
“Öz regionlarında qovşaq kimi fəaliyyət göstərən Özbəkistan, Azərbaycan və Türkiyə “tranzit məntəqələri” funksiyası ilə məhdudlaşmamalı, mövcud nəqliyyat marşrutları boyu istehsal-logistika və marketinq məntəqələri yaradaraq iqtisadi dəhlizlər formalaşdırmalıdırlar”, - Norov bu gün “Özbəkistan-Azərbaycan-Türkiyə” dialoq formatının birinci iclasında çıxışında bildirib.
Həmçinin, o vurğulayıb ki, “bu, əlavə dəyərli məhsulların isthesalına və xarici bazarlara çatdırılmasına şərait yaradacaq”.
Norov diqqəti üç dövlətin regionlararası nəqliyyat dəhlizlərini inkişaf etdirmək cəhdlərinin xüsusi aktuallıq yaradılmasına yönəldib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialının istifadəsi Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir. O, həmçinin məlumat verib ki, “Çin-Qırğızıstan-Öabəkistan” dəmir yolu tikinti layihəsinin texniki-iqtisadi əsaslandırılması üzərində fəal işə başlanılıb.
“Hesab edirik ki, Çin-Qırğızıstan-Öabəkistan” dəmir yolu dəhlizinin Transqafqaz dəhlizlə birləşməsi ölkələrimiz arasında vahid nəqliyyat şəbəkəsi yaradacaq və Çindən Avropaya icarət coğrafiyasını genişləndirəcək. Məhz bu səbəbdən Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır, bu dəhliz Asiyadan Avropaya ən qısa quru marşrutu təmin edə bilər”, - Norov qeyd edib.
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan-Türkiyə” dialoq formatının iclasında üç dövlətin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər. **