Türk Dövlətləri Təşkilatının növbəti sammiti 11 noyabr 2022-ci il tarixində Səmərkənd şəhərində keçiriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu məlumat verib.
“... Türkiyənin Özbəkistanla münasibətləri miqyaslı strateji tərəfdaşlıq xarakteri daşıyır, Türkiyənin Azərbaycanla dialoqu isə müttəfiqlik səviyyəsindədir. 2019-cu ildə Özbəkistanın Türk Şurasına birləşməsi tarixi adıım idi. 11 noyabr 2022-ci ildə TDT-nin Sammiti keçiriləcək, həmin sammitdə sədrlik Türkiyədən Özbəkistana keçəcək. Biz inanırıq ki, Səmərkənd Sammiti əməkdaşlığımızda yeni səhifə açacaq”, - Çavuşoğlu çərşənbə axşamı Daşkənddə keçirilən Türkiyə, Özbəkistan və Azərbaycanın xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Türkiyəli nazir üçtərlfi əməkdaşlıq mexanizmlərini həm regiona, həm də beynəlxalq cəmiyyətə “mühüm mesaj” adlandırıb. O, həmçinin Qazaxıstan, Pakistan, Gürcüstan və İranın iştirakı ilə Azərbaycanla üçtərəfli formatlarda uğurlu əıməkdaşlığı qeyd edib.
“Tarixi əlaqələr və siyasi iradə - regional inteqrasiyanın təminatıdır”, - Çavuşoğıu bildirib. **
N.Abbasova