1 yanvar 2023-cü il tarixinə Azərbaycanın dövlət borcu 17 milyard 990 milyon manata ($10,6 milyarda yaxın) və ya QDM-in 15,6%-nə çatacaq.
Xəbər verildiyi kimi, 1 yanvar 2022-ci il tarixində Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat ($9 milyard 940,6 milyon) və ya ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilib. Beləliklə, Maliyyə Naziriyinin məlumatına görə, 2022-ci ildə ölkənin dövlət borcu 6,4% artacaq.
“İnterfaks-Azərbaycan”əın əldə etdiyi Maliyyə Nazirliyinin materiallarına əsasən, 2023-cü ilədək Azərbaycanın xarici borcu $8 milyard 239,3 milyona (14 milyard 6,8 milyon manat), daxili borcu – 3 milyard 983,2 milyon manata çatacaq.
1 yanvar 2022-ci il tarixində Azərbaycanın xarici borcu $8 milyard 135,7 milyon (13 milyard 830,7 milyon manat), daxili borcu - 3 milyard 68,4 milyon manat təşkil edib. Beləliklə, proqnozlara əsasən, 2022-ci ildə xarici borc 1,3%, daxili borc – на 29,8% artacaq.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə 1 milyard 736 milyon manat məbləğində borc dövlət borcunun kəsirinin ödənilməsinə yönəldiləcək.
Maliyyə Nazirliyinin məlumatına görə, 1 iyul 2022-ci il tarixinə Azərbaycanın dövlət borcu 14 milyard 973,8 milyon manat və ya ÜDM-in 13%-i (yanvar-iyunda azalma 11,4% - İF), həmçinin xarici borcu - $7 milyard 167,1 milyon (12 milyard 184,1 milyon manat) və ya ÜDM-in 10,6%-i, daxili borcu - 2 milyard 789,7 milyon manat və ya ÜDM-in 2,4%-i səviyyəsində qiymətləndirilir. 2022-ci ilin birinci yarısında xarici borc 11,9%, daxili borc – на 9,1% azalıb. **
A.Əzizov