Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin iyul ayında valyuta hərraclarında $212,3 milyon ümumi məbləğdə xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
ARDNF cari ilin iyun ayında valyuta hərraclarında $278,1 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, iyul ayında xarici valyuta satışının həcmi may ayı ilə müqayisədə 23,7% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ilin yanvar-iyul aylarında ARDNF valyuta hərraclarında $2 milyard 951,5 milyon məbləğində xarici valyuta (2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə azalma 8,6% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb. Ötən il fond tərəfindən hərraclarda xarici valyutanın orta aylıq satış göstəricisi $556,6 milyon təşkil edib.**
N.Abbasova