Avqustun 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi qəbul edib.
“Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və iki qardaş dövlətin rəhbərlərinin razılaşmalarına uyğun olaraq əməli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib”, - “İntrerfaks-Azərbaycan” agentliyi Özbəkistan prezidentinin saytına istinadən məlumat verir.
Söhbətin əvvəlində Bayramov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Özbəkistan prezidentinə çatdırıb.
“Tərəflər yüksək səviyyədə son görüşdən sonra nəzərə çarpan irəliləyişi məmnunluqla qeyd ediblər. Ötən ay neft-qaz və kimya sənayesi, ipəkçilik və kənd təsərrüfatının digər sahələrində, eləcə də milli sənayeləşmə proqramları çərçivəsində layihələrin təşviqi məqsədilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər fəal şəkildə davam edib”, - məlumatda vurğulanıb.
Dünən Dakənddə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası keçirilib.
Bu gün üç ölkənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin görüşündə ilk növbədə regionda səmərəli nəqliyyat kommunikasiyaların inkişafı məsələləri müzakirə olunub.
“Mirziyoyev, həmçinin Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması, işgüzar əlaqələri rəçkili prosesinin stimullaşdırılması, Birinci Regionlar Forumunun və sənaye sərgisinin keçirilməsi, azad iqtisadi zonalar bazasında koperasiya üçün şəraitin yaradılması vasitəsilə qarşılıqlı səmərəli əməkdaşlıq layihə və proqramların hərtərəfli dəstəyi və sürətləndirilməsinin vacibliyini xüsusi qeyd edib”, - məlumatda vurğulanır.
O cümlədən, cari ilin noyabr ayında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Sammitinə hazırlıqla əlaqədar məsələlər nəzərədən keçirilib. **
R.Əhmədov