Azərbaycanda koronavirus infeksiyasına 531 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 799 min 471-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 102 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 752 nəfər təşkil edir.
Virusa yoluxmuş 787 min 80 nəfər (sutka ərzində +294) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 639 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 950 (ötən gün 2 min 128 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 51 min 505 test aparılıb.**
E.Şəfiyev