Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı zamanı Qarabağ üzrə razılıqların icrasını müzakirə edib. Bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidməti məlumat verib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli Dağlıq Qarabağa dair üçtərəfli razılıqların icrasının ayr-ayrı praktiki aspektləri müzakirə edilib”, - məlumatda deyilir.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə edilib. **