Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasında sülh prosesində iştirakını dərinləşdirməyə çalışır. Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bəyan edib.
“Son günlər Ermənistan-Azərbaycan kontekstində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatam. Aİ sülh prosesində iştirakını dərinləşdirməyə çalışır, biz bir çox səviyyələrdə işləyirik”, - Klaar Twitter hesabında yazıb.
«Gərginliyi azaltmaq və onilliklər boyu davam edən çəkişmələri vərəqləmək üçün tarixi fürsəti əldən verməmək vacibdir”, - o əlavə edib. **
N.Abbasova