İrəvan iyulun 23-də yolu azaraq Azərbaycan-Ermənistan sərhədini keçmiş Azərbaycan Ordusunun hərbi qulluqçusunu Bakıya təhvil verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 23-də Geqarkunik vilayətinin sərhəd zolağında erməni hərbçilər sərhədi keçmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, sıravi Kamiz İbayevə rast gəliblər. Məlum olub ki, o, yolu azıb”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, K.İbayev avqustun 2-də Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib.*