Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutması nəticəsində Azərbaycanın hərbi qulluqçusu şəhid olub.
“Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub”, - deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.*
E.Şəfiyev