“Azərsu” ASC içməli su təchizatı layihələri icra edilmiş və icra edilməsi nəzərdə tutulan şəhərlərin su mənbələrində iqlim dəyişmələrinin təsiri (quraqlıq, sel-daşqın, suyun keyfiyyəti və s.) qiymətləndirilməklə dayanıqlığın təmin edilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsinə 2,4 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərsu” “Hinal Proje” MMC ilə 2 milyon 440,594 min manat dəyərində müvafiq müqavilə bağlayıb.*
X.Nəsirzadə