Qanunsuz erməni silahlı dəstələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
“Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”, - deyə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.*
E.Şəfiyev