Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor hədiyyə edib.
“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında imzalanmış Niyyət Bəyannaməsi çərçivəsində avqustun 3-də keçirilən təqdimat mərasimində ANAMA-ya 130 ədəd minaaxtaran detektor hədiyyə edilib”, - deyə agentliyin məlumatında bildirilir.
Təqdimat tədbirində ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros iştirak ediblər.*
X.Nəsirzadə