2022-ci ilin sentyabr ayında OPEC+ razılaşması çərçivəsində Azərbaycanın neft hasilatı üzrə kvotası 1 min barel artırılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib”, - deyə məlumatda bildirilir.
Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.
Avqust ayı üzrə Azərbaycanın kvotası 717 min barel təşkil edib.*
N.Abbasova