ATƏT Cənubi Qafqazda silahlı insidentlərlə bağlı xəbərlərdən son dərəcə narahatdır və Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün lazımi tədbirlər görməyə çağırıb.
“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq. Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq”, - deyə Polşanın ATƏT-dəki sədrliyi “Twitter”də açıqlayıb.
“Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - deyə açıqlamada qeyd olunub.*
R.Kərimov