“Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Macarıstanın “Ferentsvaroş” klubu ilə heç-heçə (1:1) edib.
Bu gün Bakıda keçirilən oyunun 17-ci dəqiqəsində qonaqlar hesabı açıblar – hücumçu Frank Boli fərqlənib. 34-cü dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirib. Ovusu Kvabena tarazlığı bərpa edib.
Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.
Bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək.*
R.Kərimov