Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,728 manat/1EUR səviyyəsində (avqustun 3-nə 1,7312 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0278 manat/1RUB səviyyəsində (avqustun 3-nə 0,0282 manat/1RUB) müəyyən edib.
Avqustun 4-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0947 manat/1TRY səviyyəsində (avqustun 3-nə 0,0948 manat/1TRY) müəyyən edilib.**
X.Nəsirzadə