RF prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin gərginləşməsini müzakirə edib. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Müşavirə iştirakçıları yüksək səviyyədə keçiriləcək Rusiya-Türkiyə danışıqları konteksində fikir mübadiləsi aparıblar”, - Peskov bildirib.
“Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi ilə əlaqədar vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün bəndlərinin icrasının zəruriliyi vurğulanıb”, - Peskov qeyd edib. **