Azərbaycanda koronavirus infeksiyasına 495 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 800 min 478-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 531 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 755 nəfərə çatıb.
Virusa yoluxmuş 787 min 839 nəfər (sutka ərzində +360) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2884 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 708 (ötən gün 3 min 950 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 58 min 973 test aparılıb.**
E.Şəfiyev