Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsi kontekstində hər iki tərəfin rəhbərləri ilə təmasdadır. Bu barədə cümə axşamı Aİ-nin təsisatlarındakı mənbə Brüsseldə jurnalistlərə bildirib.
“Mişel hər iki ölkənin liderləri ilə sıx təmasdadr. O, baş nazir (Nikol) Paşinyan ilə danışıb, həmçinin prezident (İlham) Əliyevlə danışacaq”, - həmsöhbət KİV-ə məlumat verib.
Onun sözlərinə görə, son günlər Mişelin komandası və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Toivo Klaar “dialoq vasitəsitə gündəliyin bütün bəndləri üzrə dərhal gərginliyin aradan qaldırılması və irəliləyiş məqsədilə hər iki tərəf ilə sıx təmasda olublar”. **