BMT-nin Baş katibi Antonio Quterreş Qarabağda gərginliyin artmasından narahatdır, İrəvan və Bakını məsələləri dialoq yolu ilə həll etməyə çağırır. Bu barədə cümə axşamı Baş katibin nümayəndəsi Stefan Düjarrik bəyan edib.
"Baş katib Qarabağ və onun ətrafında gərginlik barədə xəbərləri narahatlıqla izləyir. Bu xəbərləri təsdiqləmək və ya yoxlamaq iqtidarında deyilik, lakin tərəfləri təmkinli olmağa və bütün həll edilməmiş məsələləri dialoq yolu ilə həll etməyə çağırırıq”,- Düjarrik birfinqdə deyib. **