Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 5-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7397 manat/1EUR səviyyəsində (avqustun 4-nə 1,728 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0281 manat/1RUB səviyyəsində (avqustun 4-nə 0,0278 manat/1RUB) müəyyən edib.
Avqustun 5-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0948 manat/1TRY səviyyəsində (avqustun 4-nə 0,0947 manat/1TRY) müəyyən edilib.*
E.Şəfiyev