Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 24 müəssisəsinin Azərbaycana heyvan mənşəli məhsullar ixrac etməsinə icazə verib.
“Bu qərar şirkətlərin Azərbaycanın baytarlıq-sanitariya tələblərinə uyğunluğuna dair “Rosselxoznadzor”un təqdim etdiyi zəmanətlər əsasında qəbul edilib”, - deyə “Rosselxoznadzor”un rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Hazırda Rusiyanın 1 074 müəssisəsinin Azərbaycana məhsul ixrac etmək icazəsi var.
““Rosselxoznadzor” Azərbaycana heyvandarlıq məhsulları ixrac edən Rusiya şirkətlərinin siyahısının genişləndirilməsi istiqamətində işləri davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova