Avqustun 5-də ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.
Dövlət katibi gərgin vəziyyətdən narahatlığını ifadə edib və sabitləşməyə töhfə verməyə hazır olduğunu bildirib.*