Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko dini radikalların Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə dünənki hücumunu pisləyib.
“Azərbaycanın Londondakı səfirliyinə ötən gün baş verən hücumdan dəhşətə gəlmişəm. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq qəbuledilməzdir. Şadam ki, səfirliyin əməkdaşları və onların ailələri təhlükəsizlikdədirlər”, - deyə diplomat “Twitter”də yazıb.*