Azərbaycanda koronavirus infeksiyasına 452 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 801 min 470-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 540 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 760 nəfərə çatıb.
Virusa yoluxmuş 788 min 612 nəfər (sutka ərzində +403) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 98 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 750 (ötən gün 3 min 435 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 62 min 408 test aparılıb.*
R.Kərimov