Qarabağ iqtisadi rayonunda bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması planlaşdırılır. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.
Prezidentin xüsusi nümayəndəsi Hadrut və Suqovuşan qəsəbələrinin, Talış və Tuğ kəndlərinin vacib turizm məntəqələrinə çevrilməsinin planlaşdırıldığını vurğulayıb.
E.Hüseynov bildirib ki, Qarabağ iqtisadi rayonunda bərpa planı 2040-cı ilə qədərki üç mərhələdən ibarətdir.*
R.Kərimov