Xarici işlər naziri Ceyhun Bayramov 8-9 avqust tarixlərində Türkiyədə səfərdə olacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.
“Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə XIII Səfirlər Konfransında iştirak etmək üçün 8-9 avqust 2022-ci il tarixlərində Türkiyədə səfərdə olacaq”, - deyə məlumatda bildirilir.
Daha əvvəl Türkiyə XİN-in yaydığı məlumata görə, 13-cü Səfirlər Konfransı 6-12 avqust tarixlərində Ankara, Kayseri və Nevşehirde keçiriləcək. Konfransın rəsmi açılış mərasimi avqustun 8-də baş tutacaq.
Konfransın proqramı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Millət Məclisinin sədri Mustafa Şentop səfirləri qəbul edəcək.*
R.Kərimov