Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 8-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7316 manat/1EUR səviyyəsində (avqustun 5-nə 1,7397 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0278 manat/1RUB səviyyəsində (avqustun 5-nə 0,0281 manat/1RUB) müəyyən edib.
Avqustun 8-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0948 manat/1TRY səviyyəsində saxlayıb.**
N.Abbasova