Ankara İrəvanı Azərbaycanın Qarabağ regionunda yeni təxribatlardan çəkinməyə çağırır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
“Qarabağda müharibə sona çatmaqla Türkiyə regionda sülhün təminatı üçün səy göstərir. İndi biz Azərbaycanın işğal olunmuş ərazilərindən, köçürülmüş şəxslərdən, qaçqınlardan və instənilən vaxt alovlana biləcək münaqişədən deyil, regional sülh və əməkdaşlıqdan danışırıq. Bir daha Ermənistana xəbərdarlıq edirik və (Qarabağda Azərbaycana qarşı - İF) yeni təxribatlarda iştirakdan çəkinməyə çağırırıq”, - türkiyəli nazir bazar ertəsi Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı bildirib. **
N.Abbasova