2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının nominal istehsal həcmi 5 milyard 123,3 milyon manat təşkil edib, sıfır real artım qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Heyvandarlıq sahəsində məhsulların nominal istehsal həcmi 2 milyard 467,7 milyon manat, bitkiçilikdə - 2 milyard 655,6 milyon manat təşkil edib. Həmçinin, heyvandarlıq məhsullarının artımı 2,8% təşkil edib, bitkiçilik – 2,7% azalıb.
DSK-dən qeyd edilib ki, bitkiçilik məhsullarının istehsalının azalmasının əsas səbəbi cari ildə hava şəraiti ilə əlaqədar dənli bitkilərin və paxlalı bitkilərin nisbətən gec məhsul yığımına başlanmasıdır.
6 ay ərzində respublikada 276,8 min ton ət (artım 3,1%), 1 milyon 93,1 min ton süd (artım 1,7%), 988,8 milyon ədəd yumurta (artım 3,9%), 14,4 min ton yun (azalma 1,7%), 339,2 ton barama qurdu (azalma 31%) istehsal olunub.
İyulun 1-nə ölkədə 8 milyon 32,5 min qoyun və keçi, 2 milyon 654,5 min baş iribuynuzlu mal-qara, həmçinin 1 milyon 295,2 min inək və camış qeydə alınıb.
Yanvar-iyunda quşçuluq müəssisələrində diri çəkidə 41,3 ton quş əti (ötən ilin yanvar-iyun aylarında 36,1 ton), 392,7 milyon ədəd yumurta istehsal edilib.
Ümumilikdə, iyulun 1-nə bu müəssisələrdə quşların ümumi sayı 9 milyon 875,9 min təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 113 ədəd yumurta əldə olunub.
Hazırda Azərbaycanda yazlıq bitkilərin əkini tamamlanıb.
DSK-nın operativ məlumatına görə, 388 min hektar məhsul əkilib, həmçinin 65,3 min hektar dənli və paxlalı bitkilər (30,5 min hektar qarğıdalı daxil olmaqla), 54,8 min hektar kartof, 65.3 min hektar dənli və paxlalı bitkilər, 20,1 min hektar bostan bitkiləri, 104,3 min hektar – pambıq, 5 min hektar şəkər çuğunduru, 11,8 min hektar günəbaxan, 2,4 min hektar tütün, 56,5 min hektar çoxillik bitkilər, 1,1 min hektar birillik bitkilər, 1,4 min hektar digər yazlıq bitkilər əkilib.
Yanvar-iyun aylarında ASK subyektləri tərəfindən 2 milyon 98,7 min ton dənli və paxlalı bitkilər (qarğıdalı daxil olmaqla) (azalma 20,1%), 423,4 min ton kartof (artım 8,2%), 794,5 min ton tərəvəz (artım 2,3%), 108,4 min ton bostan bitkiləri (аrtım 8,2 %), 150,4 min ton meyvə və giləmeyvə (аrtım 12,3%), 825,4 ton tütün (аzalmа 43,6%) və 401,6 ton yaşıl çay yarpağı yığılıb (аzalaа 23,1%).
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə