Azərbaycanda koronavirus infeksiyasına 121 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 802 min 60-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 469 yoluxma faktı qeydə alınmışdı.
Gün ərzində COVID-19-dan 1 ölüm faktı qeydə alınıb. Ölənlərin ümumi sayı 9 min 761 nəfər təşkil edir.
Virusa yoluxmuş 789 min 147 nəfər (sutka ərzində +113) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 152 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 424 (ötən gün 3 min 603 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 72 min 185 test aparılıb.**
X.Nəsirzadə