Ermənistan tərəfinin təşəbbüsü ilə RF prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə RF prezidentinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, tərəflər Qarabağ ətrafında vəziyyətin inkişafı, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təminatı məsələlərini müzakirə ediblər.
“Bu konteksdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların bütün bəndlərinin reallaşdırılmasının vacibliyi təsdiq olunub”, - mətbuat xidmətindən bildirilir. **