2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,7 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,2% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracı 11,5% artaraq $376,9 milyon təşkil edib.
7 ay ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2% artıb.
2022-ci ilin iyul ayı üzrə ixrac $4,1 milyard təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə $224,6 milyon olub. 2022-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq $61,7 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq $162,9 milyon təşkil edib.
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı $22,6 milyard təşkil edib.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
X.Nəsirzadə