Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi sentyabrda Kanadaya səfər edəcək.
Komitədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın diaspor təşkilatlarının və Kanadada yaşayan diaspor fəallarının iştirakı ilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Bundan başqa, Kanada rəsmiləri və bu ölkədəki Azərbaycan icmasının nümayəndələri ilə görüşlər keçiriləcək.*
X.Nəsirzadə