2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 6,2% çox ümumi daxili məhsul istehsal olunub, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 9,9% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyul aylarında neft-qaz sektorunda əlavə dəyər 0,4% azalıb.
7 ay ərzində ölkədə 74 milyard 155,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 52,9%-i sənaye, 7,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8%-i tikinti, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14,3%-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 min 375,9 manata bərabər olub.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.*
R.Əhmədov