Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Zaqtala rayonu ərazisində Tala, Muxax, Qanıx, Katex və digər çaylarda sahilbərkitmə işlərinə (Muxax və Katex çayları üzrə) və Qax rayonunun Lələli kəndi ərazisində sərhəd zastavasının Qanıx çayının sel sularından mühafizəsinə 2 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, “TNN” QSC ilə ümumi dəyəri 2 milyon 81 min 33,99 manat olan müvafiq müqavilələr bağlanıb.
Birinci müqavilənin dəyəri 1 milyon 679 min 794,46 manat, ikinci müqavilənin dəyəri 401 min 239,53 manatdır.*
N.Abbasova