Azərbaycanda koronavirus infeksiyasına 563 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 802,623 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 121 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib (ötən gün 1 nəfər). Ölənlərin ümumi sayı 9762 nəfərə çatıb.
Virusa yoluxmuş 789,667 min nəfər (sutka ərzində +520) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3194 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min (ötən gün 2424 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 76,185 min test aparılıb.*
X.Nəsirzadə