Çərşənbə axşamı Konya şəhərində Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
“Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Liderlər bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıblar, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Əliyev İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.
Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə etdi. **
N.Abbasova