Bakı İrəvanı, Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə çağırır. Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib. “Hər iki yol üzrə işlərin 50%-i yerinə yetirilib və Azərbaycan ərazisində 2023-cü ilə tamamlanacaq. Ermənistanın həmin işləri (öz ərazisində - İF) ləngitməsi isə göz qabağındadır”, - Bayramov Türkiyə mətbuatına müsahibəsində bildirib.
Nazir məlumat verib ki, eyni zamanda, Azərbaycan 2022-ci ilin mart ayında İrəanla imzalanmış Memoranduma əsasən, Araz çayı üzərindən ilk körpünün tikintisinə başlayıb. Beləliklə, Azərbaycan Ermənistandan keçmədən Araz çayı və İran ərazisindən Naxçıvanla əlaqə quracaq.
“Yəni, bu cür alternativ var. Bu layihə istənilən halda reallaşdırılacaq. Bununla da Azərbaycan Naxçıvanla birləşəcək və artıq NMR ərazisindən keçməklə Türkiyə ilə birləşəcək. Ermənistanın istəyindən asılı olmayaraq bu reallaşdırılacaq. Ermənistan üçün bu regional inkişafdan geri qalmamaq üçün şansdır. Ermənistan rəhbərliyinin istənilən qərarı onları şəxsi işidir, lakin əgər erməni tərəfi düzgün qərar qəbul etməsə, o zaman ən çox zərər görəcəklər”, - o bildirib.
O cümlədən, nazir vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarxili üçtərəfli bəyanatın bütün bəndləri icra olunmalıdır.
“Burada seçici yanaşma ola bilməz. Ən ciddi məsələ erməni silahlı birləşmələrin Qarabağdan tam çıxarılmasıdır... indiyədək bu icra olunmayıb. Azərbaycan bu bəndin tam icrası ilə əlaqədar qətiyyətlidir və Ermənistandan da bunu tələb edir. Ermənistanın daha bir öhdəliyi Zəngəzur dəhlizidir. Bu öhdəliyi Ermınistan sözdə qəbul edir, əslində isə müxtəlif bəhanələrlə ləngidir”, - nazir qeyd edib.
Bayramov vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə zərər vurmaq heç kimə fayda verməyəcək. “Bu, ilk növbədə Ermənistanın özünə fayda gətirməyəcək. Ümid edirik ki, Ermnistan sonunda bunu anlayacaq”, - XİN başçısı qeyd edib. **
N.Abbasova