2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 655,7 milyon manat məbləğində (cari məzənnə ilə $385,7 milyon) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 2,4% təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından əldə edilən gəlirlər 28,2% artıb.
2021-ci ildə Azərbaycanda istehlakçılar ümumilikdə 952 milyon manat məbləğində (cari məzənnə ilə $560 milyon) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar ki, bu da 2020-ci ilin göstəricisindən 24,8% çoxdur.**
N.Abbasova