Azərbaycanda koronavirus infeksiyasına 534 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 803,157 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 563 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 768 nəfər təşkil edir.
Virusa yoluxmuş 790,193 min nəfər (sutka ərzində +526) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 196 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 587 (ötən gün 4 min test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 80,772 min test aparılıb.**
X.Nəsirzadə