Heydər Əliyev Beynəlxalq Hava Limanında müntəzəm enerji təchizatının bərpası üçün işlər görülür.
“Heydər Əliyev Beynəlxalq Hava Limanının elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir. Hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb”, - aeroportun mətbuat xidmətindən məlumat verilir.
Məlumata görə, Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır. **
N.Abbasova