Ermənistan baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi telefon danışığı zamanı bölgədəki və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
“Regional hadisələr və təhlükəsizlik çağırışları müzakirə olunub. Paşinyan üçtərəfli bəyanatlarda (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin – İF) təsbit edilmiş razılaşmaların tam reallaşdırılmasının vacibliyini bəyan edib”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Bundan başqa, Paşinyan və Rəisi Ermənistan-İran münasibətlərini müzakirə ediblər. Ermənistan baş naziri İrəvanın iki ölkə arasında malların tranzitini stimullaşdırmağa, yol, enerji infrastrukturu sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.*