Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Bu barədə hava limanından məlumat verilib.
“Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.*
N.Abbasova