Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanı püskürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
“Vulkan saat 09:36-da püskürüb və davamlılığı 5 dəqiqə 12 saniyə olub”, - deyə məlumatda bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. “Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
1829-cu ildən bu günədək Lökbatan palçıq vulkanı 27 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2018-ci ildə qeydə alınıb.*
E.Şəfiyev