Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, - deyə məlumatda bildirilir.
Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər ötən həftə Azərbaycan Ordusu bölmələrinin Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi “Qisas” əməliyyatı nəticəsində nəzarətə götürülüb.*
E.Şəfiyev