2022-ci ilin iyul ayında Azərbaycanda gündəlik xam neft hasilatı 549,9 min barel (iyun ayında 523,5 min barel) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 659 min barel olub. Bunun 549,9 min barelini xam neft, 109,1 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
OPEC+ çərçivəsində Azərbaycanın iyul ayı üçün gündəlik neft hasilatı kvotası 706 min barel təşkil edib.
Beləliklə, Azərbaycan iyulda OPEC+ razılaşmasını 128,4% yerinə yetirib.
OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 2022-ci il iyunun 2-də keçirilən 29-cu iclasında gündəlik neft hasilatının cari ilin iyul-avqust aylarında 648 min barel artırılması ilə bağlı qərar dəstəklənib. Qərara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatı kvotası 10 min barel artırılaraq 706 min barelə çatdırılıb.*
N.Abbasova