2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 19 milyon 206 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 19 milyon 150,4 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 4,5% olub.
2022-ci ilin 7 ayı ərzində Azərbaycanda 27 milyard 274,7 milyon kubmetr qaz (artım 13,2%), 20 milyard 481 milyon kubmetr əmtəəlik qaz (artım 15,3%) hasil edilib.
2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib.**
N.Abbasova